Əlcəzairin sərnişin təyyarəsi Niger səmasında qəzaya uğrayıb, 116 nəfər ölüb

Bu gün yoxa çıxdığı iddia olunan Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb.


APA-nın “Ən-Nahar” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.


Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri