Belarus 8 il ərzində Azərbaycana 153 tank, 132 artilleriya sistemi və 11 döyüş təyyarəsi satıb

Belarus 2004-2012-ci illərdə Azərbaycana 153 ədəd döyüş tankı satıb.

APA-nın məlumatına görə, bu barədə BMT Adi Silahlar Registrində bildirilib.

Registrə təqdim olunmuş məlumatlara görə, rəsmi Minsk Azərbaycana T-72 tanklarının müxtəlif modifikasiyaların satıb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana 132 ədəd artilleriya sisteminin satışı gerçəkləşdirilib ki, bunun da 120 ədədini D-30 topları, 12 ədədini isə 2S7 «Pion» özüyeriyən haubitsaları təşkil edib.

Hesabat dövründə Azərbaycan Belarusdan həmçinin 60 ədəd BTR-70 zirehli transportyoru, 11 ədəd Su-25 döyüş təyyarəsi alıb.

Qeyd edək ki, hesabatda 2013-cü ildə Bakıda hərbi parada nümayiş olunmuş, Belarusdan satın alınan «Buk-MB» zenit-raket kompleksləri barədə məlumat yer almayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri