Astarada dənizdə batan tələbənin meyiti tapılıb

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulan 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayevin meyiti sudan çıxarılıb.

APA-nın xəbərinə görə, meyit Faiq Fətullayevin boğulduğu yerdən 200 metr aralıda tapılıb.

Qeyd edək ki, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

***

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulma faktı baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün 16.30 radələrində Astara şəhərinin “Köhnə avtobaza” adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.

Suda batan şəxsin rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olduğu bildirilib.

Hazırda onun meyitinin tapılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən axtarışlar aparılır.



Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri