QMİ Azərbaycanda Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqladı

QMİ Azərbaycanda Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqladı Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.

QMİ bəyan edir ki, iyulun 28-i bayram axşamıdır.

Qeyd edək ki, hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib və qeyri-iş günüdür.

Allah oruc və namazlarınızı qəbul etsin!
Şərhlər
Sosial bölməsinin xəbərləri