FİFA yeni qərarı qəbul etməyə hazırdır

FİFA yeni qərar qəbul etməyə hazırlaşır.

Trend-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, dünyanın ali futbol qurumu oyundan sonra əlavə hissələrdə dördüncü oyunçu dəyişikliyi barədə qərarı təsdiqləyəcək. Bu qərarın vacibliyi mundial zamanı öz təsdiqini tapıb.

Oyunun əsas vaxtında (90 dəqiqə) komandalara 3 dəyişiklik hüququ veriləcək. Əgər oyun əlavə hissələrə qalarsa (30 dəqiqə), komandalara daha bir dəyişiklik hüququ veriləcək.

Xatırladaq ki, son mundialda qolun təyin olunması sistemi və tez yox olan sprey kimi yeniliklər tətbiq olunub.
Şərhlər
İdman bölməsinin xəbərləri