Hacıqabulda “Mercedes” aşıb, avtomobildə olan 4 nəfər ölüb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qızası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri