Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” Zavodunun baş mühəndisi Kürdə batıb
- 21.07.2014, 11:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb.
Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.
Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.
FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.