Qəzzada hərbi əməliyyatlar zamanı həlak olanların sayı 280 nəfərə çatıb

İsrail Hərbi-Hava Qüvvələrinin (HHQ) Qəzzada apardığı hərbi əməliyyatlar zamanı ölənlərin sayı 280 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə şənbə günü "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Həlak olanların əksəriyyətinin dinc sakinlər olduğu xəbər verilir.

Telekanalın məlumatına görə, hazırda Qəzzada kəskin içməli su və dərman vasitələrinin qıtlığı hiss olunur.

Dünən səhər İsrailin müdafiə ordusu Qəzza sektorunda yerüstü əməliyyatlara başlayıb.

Qoşunlar əməliyyatın yerüstü mərhələsinə indiyə qədər havadan və dənizdən distans zərbələrlə məhdudlaşan "Dağılmaz qaya" əməliyyatının başlanmasından 10 gün sonra keçdilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri