Qaxda su gölməçəsindən kişi meyiti tapılıb

Qaxda su gölməçəsindən kişi meyiti tapılıb.
 
Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Şıxlar kənd inzibati ərazisinə məxsus otlaq sahəsindəki su gölməçəsindən üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.
 
Araşdırma zamanı məlum olub ki, su gölməçəsində tapılan meyit 1965-ci il təvəllüdlü, milliyyətcə gürcü olan rayonun Əlibəyli kənd sakini Sukaşvili Malxas İobyeviçdir. İlkin aparılan araşdırma zamanı məlum olub ki, havaların isti keçməsi ilə əlaqədar Malxas Sukaşvili sərinlənmək üçün su gölməçəsinə girib. Eplesiya xəstəliyindən əziyyət çəkən Malxas Sukaşvili su gölməçəsinə girdikdən sonra huşunu itirərək yıxılıb və boğulub.
 
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri