Bakıda zavodda iki nəfər hündürlükdən yıxılaraq ölüb

Bakıda zavodda bədbəxt hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Metal Konstruksiyalar Zavodunda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar. 
 
A. Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilən A. Ömərov isə orada ölüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri