Gəncədə müasir yaşayış kompleksi salınacaq

Gəncənin mərkəzindən köçürülən hərbi hissələrin yerində müasir yaşayış kompleksləri tikiləcək.
 
APA-nın verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib.
 
O qeyd edib ki, bu ilin sonuna kimi şəhərdən 6 hərbi hissə başqa əraziyə köçürüləcək və onların yerində şəhərin baş planına uyğun tikinti işləri aparılacaq.
 
“Gəncənin mərkəzindən köçürülən hərbi hissələrin ərazisi Gəncə şəhər İcra Hakimiyyətinin balansına verilir. Artıq hərbi hospital köçürülüb. Onun yerləşdiyi ərazidə yeni müasir yaşayış kompleksi tikiləcək. Kompleksdə respublikada analoqu olmayan binalar ucaldılacaq. Burada ticarət mərkəzi, uşaq bağçası, poliklinika və digər xidmətlər yer alacaq”, - deyə E. Vəliyev bildirib. 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri