Əvvəllər məhkum olunmuş şəxsdən xeyli miqdarda saxta 100 manatlıq əsginas götürülüb

Əvvəllər məhkum olunmuş şəxsdən xeyli miqdarda saxta manat götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının iyulun 18-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əliyevdən 53 ədəd saxta 100 manatlıq əsginas götürülüb.
 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun əsginasları Bakı şəhər sakini Rövşən Məmmədovla birgə hazırlaması müəyyən edilib.
 
R. Məmmədovun Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd rəngli printer aşkar edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri