Azərbaycanda yeznə və baldız meşədə asılmış halda tapılıb

Azərbaycanda iki qohum intihar edib.
 
Saatlı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Məmmədabad kəndində qeydə alınıb.
 
Kənd sakinləri, 1997-ci il təvəllüdlü Şəfəq Əlişad qızı Ağaşova və 1993-cü il təvəllüdlü Mürşüd Cümşüd oğlu Askanov meşədə özlərini ağacdan asıblar.
 
Polisdən M. Askanovun Ş. Ağaşovanın böyük bacısının əri olduğu bildirilib.
 
İntihar edən şəxslər arasında sevgi münasibətləri olduğu ehtimal edilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri