Nardaranda qətl hadisəsi baş verib
- 19.07.2014, 12:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 57 yaşlı kişi qətlə yetirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 18-də Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov ov tüfəngi ilə atəş açaraq digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib.
Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Ondan cinayətdə istifadə etdiyi 16 kalibrli sənədsiz olan qoşalülə ov tüfəngi götürülüb.