Emin növbəti dəfə Azərbaycan gözəli ilə birlikdə (FOTO)

Emin növbəti dəfə Azərbaycan gözəli ilə birlikdə (FOTO) Ötən gün "Yaşıl teatr"da növbəti dəfə tamaşaçılarının qarşısında konsert proqramı ilə çıxış edən Emin Ağalarovun yeni fotoları yayılıb.

“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanova növbəti dəfə Emin ilə yan-yana görüntülənib.

Model səmimi şəkildə çəkilən fotonu sosial şəbəkədə paylaşıb. Ötən gün Emini konsertdə dinləyənlərin sırasında Cavidan və onun anası da olub.

Konsert proqramından sonra isə ifaçı yaxın dostlarını ətrafına toplayıb "Sea Breeze" otelində "after party" təşkil edib. Model də gecədə qonaqlar sırasında olub. Sözügedən şəkil də orada görüntülənib. Daha sonra isə Cavidan fotonu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, bu foto modelin izləyiciləri və dostları tərəfindən maraqla qarşılanıb və bəyənilib.


Emin növbəti dəfə Azərbaycan gözəli ilə birlikdə (FOTO)

Emin növbəti dəfə Azərbaycan gözəli ilə birlikdə (FOTO)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri