Rusiyanın Stavropol diyarında mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub

Rusiyanın Stavropol diyarında içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.

F. Yarıyev bildirib ki, yaralılar mikroavtobusun sürücüsü və Azərbaycan vətəndaşı olan 5 nəfər sərnişini, eləcə də mikroavtobusla toqquşan “Jiquli”nin 2 sərnişinidir. Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:

Əliquliyev Sərəddin Amir oğlu,
Qurbanova Urbiyyə Zülfüqar qızı,
Rüstəmli Əsədulla Bəhlul oğlu,
İbadlı Xamir Ehtiram oğlu,
Abışov Rəis Baloğlan oğlu.

Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri