Gəncədə avtomobil yanıb

Gəncədə yük avtomobili yanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.



Şəhər sakini Vüsal Sadıxova məxsus “Ford” markalı avtomobil hərəkətdə olarkən alışıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanığını söndürmək mümkün olub. Yanğın zamanı sürücü xəsarət almasa da, avtomobil yanaraq yararsız hala düşüb. İlkin araşdırmaya görə, yanğına mühərrikdə olan naqillərin qısaqapanması səbəb olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri