“Neftçi" Sloveniyanın “Koper” klubuna məğlub olub

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.

Apa-nın məlumatına görə, 2014/15 mövsümünə start verən “Neftçi” də bu yarışda mübarizəyə qoşulub.
 
Bakılılar öz meydanında Sloveniya təmsilçisi “Koper”i qəbul ediblər. Ötən mövsüm Çempionlar Liqasında uğursuz çıxış edən “ağ-qaralar” azarkeşləri önündə qələbə qazanmağa çalışsalar da, buna nail ola bilməyiblər.
 
Bakılılar “Bakcell Arena”da keçirilən ev oyununda 2:1 hesabı ilə məğlub olub.
 
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
“Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya) - 1:2
Qollar: Araz Abdullayev, 45 - Galesic, 24, Palcic, 41
Şərhlər
İdman bölməsinin xəbərləri