Bakıda bir gecədə 4 nəfər yol qəzasında ölüb

Bakıda bir gecədə 4 nəfər yol qəzasında ölüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.



Məlumata görə, martın 16-sı paytaxtın İ.İsmayılov küçəsində Saday Paşayev idarə etdiyi «VAZ-21011» markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanmış Ceyhun Baxşəliyevə məxsus «KamAZ» markalı yük maşını ilə toqquşub. Nəticədə S.Paşayev və sərnişini Nizami Rəhimov hadisə yerində ölüb.



Elə həmin gün saat 22:40 radələrində A.Cəlilov küçəsində Təvəkkül Həsənovun idarə etdiyi «Mercedes» və Fərid Eminovun idarə etdiyi «Dodge» markalı avtomobillər toqquşub. Nəticədə T.Həsənov və həyat yoldaşı Yeganə aldığı xəsarətdən hadisə yerindəcə keçiniblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri