Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib

Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən "Mo Farah" xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun "York Hall Leisure Centre" arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilmişdir.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak etmişdir.

Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilmişdir.

"Qəbələ" İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın "Qəbələ" İdman Klubunun boksçuları ilə İngiltərənin "Repton" Həvəskar Boks Klubunun idmançıları qarşılaşmışlar.

Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcəkdir.

Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanmışdır. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir, lakin onlar hələ də icra olunmur.

Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş "Many Happy Returns" adlı kampaniyaya qoşulmağa çağırmışlar.

Xeyriyyə matçı iştirakçılarda böyük maraq doğurmuşdur.


Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib

Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib

Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib

Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib

Leyla Əliyeva "Qəbələ" İdman Klubunun boksçularının iştirakı ilə Londonda keçirilən xeyriyyə matçını izləyib
Şərhlər
Sosial bölməsinin xəbərləri