Moskva meriyası Xocalı ilə bağlı aksiya keçirilməsinə növbəti dəfə razılıq verməyib

Moskva meriyası Xocalı ilə bağlı aksiya keçirmək istəyən Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatının müraciətini mənfi cavablandırıb.


Bu barədə APA-nın Moskva müxbirinə AYDİ-dən məlumat verilib. Təşkilatdan bildirilib ki, Moskva hökuməti martın 3-nə təyin olunan Xocalı ilə bağlı aksiyanın keçirilməsinə razılıq verməyib.



Qeyd edək ki, AYİD fevralın 24-də Moskvanın “Yauziskie vorota” meydanda Xocalı ilə bağlı aksiya keçirmək üçün Moskva hökumətinə müraciət edib. Meriya əvvəl aksiyanın keçirilməsi barədə razılıq məktubu göndərsə də, sonradan qərarını dəyişərək, razılığı ləğv edib.



Səbəb kimi isə qeyd olunub ki, belə bir aksiyanın keçirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri