İmişlidə baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İmişli rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 19-da saat 18.00 radələrində İmişli-Bəhrəmtəpə avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Rəsullu kəndinin ərazisində qeydə alınıb. Rayonun Bəcirəvan kənd sakini Firudin Fazil oğlu Mejdunovun idarə etdiyi “Mercedes C klass” markalı avtomobillə Asim İlqar oğlu Əsədovun idarə etdiyi “Mercedes Benz E klass” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “Mercedes C klass”da olan sərnişinlər - 81 yaşlı Maral Məmmədova və 46 yaşlı Daməd Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Hər iki maşının sürücüsü və digər sərnişinlər - 24 yaşlı Elməddin İbadov, 27 yaşlı Fərhad Atayev isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Avtomobillər yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşını gəlib. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların şəxslərin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri