Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"

"Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir".

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsinə dair danışıqlar davam etdirilir: “Hər iki tərəfdən danışıqları aparmaq üçün nümayəndələr var. Düşünürəm ki, iki ölkə arasında mübahisəli yatağın olmasından danışmaq yersizdir. Çünki bölgü həyata keçirilmədən yataqların mübahisəli olmasından danışmaq olmaz. Biz Türkmənistanla bu bölgünü həyata keçirəndən sonra müəyyən olunacaq ki, hansı yataqlar hansı sektorda yerləşir və hansı ölkəyə aiddir".
Şərhlər
Siyasət bölməsinin xəbərləri