Sergey Lavrov: “Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilib”

“Xəzəryanı ölkələr – Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan dənizin statusunun müəyyənləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə ediblər”. APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşünün yekunları ilə bağlı açıqlamasında deyib. “Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində işin gedişini nəzərdən keçirdik və bugünkü danışıqlarda əldə edilən razılıqlar da daxil olmaqla, ciddi tərəqqi olduğunu təsdiq etdik”, - deyə S. Lavrov söyləyib.

Rusiyalı nazir qeyd edib ki, dövlət başçılarının bu ilin payızında keçiriləcək zirvə toplantısının müzakirəsinə çıxarılacaq bir sıra sənədlər ciddi işlənmə mərhələsindədir. Belə ki, artıq Xəzər dənizində sərhədlərin müəyyən edilməsi məsələsində irəliləyiş əldə etmək mümkün olub: “Bu məsələdə mövqelərin ciddi yaxınlaşması var”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri