Azərbaycanda içində 45 şərnişin olan avtobus aşdı: yaralananlar var

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci kilometrliyində yol-nəqiliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci km-də qeydə alınıb. Gəncə-Moskva reysi üzrə hərəkət edən 52 yaşlı Gəncə şəhər sakini İlqar Əliyevin idarə etdiyi 66 BG 707 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu idarə etməni itirərək yolun kənarındakı işıq dirəyinin üzərinə aşıb. Qəza zamanı avtobusda 45 sərnişin olub. Hadisə nəticəsində 10-a yaxın sərnişin yüngül xəsarətlər alıb. Onlara elə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Baş dövlət Yol Polisi İdarəsinin təhqiqatçısı Rauf Cəfərovun sözlərinə görə, qəza sürücünün ehtiyatsızlığı ucbatından baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda içində 45 şərnişin olan avtobus aşdı: yaralananlar var
Azərbaycanda içində 45 şərnişin olan avtobus aşdı: yaralananlar var
Azərbaycanda içində 45 şərnişin olan avtobus aşdı: yaralananlar var


Milli.Az, Regional TV
Şərhlər
Hadisə bölməsinin xəbərləri