"Mançester Yunayted"in baş məşqçisi istefaya göndərildi

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Devid Moyesi istefaya göndərib. Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Çoxdan gözlənilən qərarın qəbul edilməsinə komandanın bu mövsüm göstərdiyi qeyri-kafi nəticələr səbəb olub. Keçən bazar MY çempionatın 35-ci turu çərçivəsində keçirilən oyunda Moyesin keçmiş komandası "Everton"a 0:2 hesabı ilə məğlub olub. Beləliklə də "qırmızı şeytanlar" 19 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyiblər. Ölkə çempionatının başa çatmasına 3 tur qalmış komanda 57 xalla turnir cədvəlinin 7-ci pilləsində qərtarlaşıb.

Moyes "Mançester Yunayted"ə 2013-cü ilin yayından rəhbərlik edirdi. Bu postda o, 1986-cı ildən MY-nin baş məşqçisi olan Aleks Ferqyusonu əvəz etmişdi.
Şərhlər
İdman bölməsinin xəbərləri