Naxçıvanda avtomobil kanala düşüb, üç nəfər ölüb, bir nəfər xəsarət alıb

Naxçıvanda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də saat 04 radələrində Babək rayonu Vayxır kəndinin ərazisində qeydə alınıb.

Rayon sakini Rövnəq İsmayılov idarə etdiyi “VAZ-21074” markalı avtomobili kanala aşırıb.

Nəticədə sürücü və sərnişinləri - Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb, xəsarət alan digər sərnişin Sahil Allahverdiyev isə xəstəxanaya yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri