Bakıda "Starbucks" qəhvəxanalar şəbəkəsi ilin sonuna kimi açılacaq

Bakıda "Starbucks" qəhvəxanalar şəbəkəsi ilin sonuna kimi açılacaq Bakıda "Starbucks" qəhvəxanalar şəbəkəsi ilin sonuna kimi açılacaq. Bu barədə Trend-ə ölkənin riteyl bazarındakı məlumatlı mənbə xəbər verib.

Mənbə bildirib: "Deyə bilərəm ki, bu markanın ölkəmizə cəlb olunması ilə bağlı danışıqlar başa çatıb və həm də uğurla başa çatıb. Əminəm ki, "Starbucks" qəhvəxanalar şəbəkəsi bu ilin sonuna kimi Bakıda açılacaq".

Söhbət Bakının müxtəlif nöqtələrində eyni vaxtda bir neçə müəssisənin açılmasından gedir. Mənbə kommersiya sirri olduğuna əsaslanaraq onların yerləşəcəyi yer və digər təfərrüatlar barədə məlumat verməkdən imtina edib.

Dünya şöhrətli "Starbucks" qəhvəxanalar şəbəkəsinin bütün dünyada 16 mindən artıq müəssisəsi var. Markanın ilk kafe-mağazası 1971-ci ildə Sietldə (ABŞ) açılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri