Türkiyədə son 5 il ərzində 14 mindən çox uşaq itkin düşüb

Türkiyədə son 5 il ərzində 14 412 uşaq itkin düşüb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib.

Nazir onu da qeyd edib ki, itkin düşən uşaqların 97 faizi sonra tapılsa da, ölkə ərazisində hələ də 843 uşaq itkin düşmüş hesab olunur.

Ə.Əlanın sözlərinə görə, orta hesabla itkin düşən hər yeddi uşaqdan 6-sı tapılır.

Qeyd edək ki, son bir ayda Türkiyənin müxtəlif şəhərlərində 3 azyaşlı itkin düşüb. Onlardan ikisinin meyiti tapılsa da, biri haqqında hələ də məlumat yoxdur.
Şərhlər
Dünya bölməsinin xəbərləri