Hövsan qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Rizvan Nəsirovun idarə etdiyi "Ford" markalı mikroavtobus Hövsan qəsəbəsindən şəhər mərkəzinə doğru hərəkətdə olarkən ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn LADA markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən minik avtomobili yol kənarındakı dərəyə yuvarlanıb. Arxadan gələn və Qədir Ağayevin idarə etdiyi "Mercedes" markalı digər minik maşını isə "Forda"a dəyib.

Qəza nəticəsində LADA-da olan iki nəfər - sürücü Elşən Mövsümov və sərnişin Nərgiz Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri