Gürcüstanın baş naziri Qaribaşvili prezident seçkilərində Saakaşviliyə səs verib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili 2004-cü ildə prezident seçkiləri zamanı Mixeil Saakaşviliyə səs verib. APA-nın məlumatına görə, bu barədə baş nazir Gürcüstanın ictimai televiziyasına müsahibəsində bildirib.

“Mənim həmişə iki seçimim olub. Fikirləşirəm ki, mən seçimimdə heç vaxt yanılmamışam. Mən ikinci seçimimi Fransadan vətənə qayıdanda etmişəm. 2003-cü ildə Gürcüstanda Qızılgül inqilabı baş verdi. Onda mən Fransada idim və oradan dostlarıma zəng edib, onları təbrik etdim. Biz hamımız şad idik ki, bizim vətənimizdə də nəsə dəyişiklik baş verir. Biz istəyirdik ki, Gürcüstan Fransaya oxşasın. Bu istək təbii idi. O vaxt Gürcüstanda baş verənləri mən ürəyimə salırdım. Hər yerdə korrupsiya, hər yerdə durğunluq... Buna görə, mən 2003-cü ilin inqilabını alqışladım. Məhz buna görə, mən öz səsimi Mixeil Saakaşviliyə verdim”, deyə Qaribaşvili qeyd edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri