Dünya şöhrətli müğənni Maykl Bolton Bakıda konsert verib

Dünya şöhrətli müğənni Maykl Bolton aprelin 19-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təəssüratlarını jurnalistlərlə bölüşən müğənni Heydər Əliyev Mərkəzinin həm daxildən, həm də xaricdən çox möhtəşəm bir memarlıq əsəri olduğunu bildirərək, burada çıxış etməkdən məmnun olduğunu bildirib. O, azərbaycanlı seyrçilərlə elə ilk ünsiyyətin konsertin çox möhtəşəm keçəcəyinə əminlik hissi yaratdığını qeyd edib.

Azərbaycanda iki gün olan Maykl Bolton Bakının onda dərin təəssürat yaratdığını qeyd edib: “Mən Bakıda memarlıq abidələrinin və incəsənətin nə qədər yüksək səviyyədə olduğunu gördüm. Adətən getdiyim şəhərlərdə ancaq konsert verirəm. Ancaq Bakının gözəlliyini və incəsənətini görəndən sonra burada həm də yaxşı vaxt keçirdim”.

Bir gün öncə Facebook səhifəsində İçərişəhərdə çəkdirdiyi fotonu paylaşan Maykl Boltonu bu tarixi məkan heyran edib: “İçərişəhərdə- qədim daşlara və tarixə malik bir yerin arxa fonunda yeni binalar və müasir şəhərin açdğı mənzərə məni heyrətləndirdi. Bunu hər yerdə görmək mümkün deyil”.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57