Vahid Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin yeganə məqsədi və arzusu Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”

Vahid Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin yeganə məqsədi və arzusu Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir” “Bütün Silahlı Qüvvələrin yeganə məqsədi və arzusu prezident, Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdəki çıxışında deyib.

General qeyd edib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar.

O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır: “Bu əmr hər an ola bilər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri