“Avtoşluq” etdiyinə görə inzibati qaydada həbs edilən polisin məmur atası da işdən çıxarılıb

Dövlət Gömrük Komitəsinin (DGK) Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov vəzifəsindən azad edilib.

Bu barədə APA-ya özəl mənbələrdən məlumat verilib.

DGK-dan APA-ya Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Həsənovun oğlu, polis əməkdaşı Tural Həsənov bir neçə gün əvvəl “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.

Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.


Şərhlər
Hadisə bölməsinin xəbərləri