Tərtərdə maskalı şəxslər evə basqın edib, ev sahibinin oğlunu bıçaqlayıblar

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini Rüxsarə Həsənovanın evinə basqın edib.

Onlar ev sahibinin oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul və 1800 manat dəyərində qızıl - zinət, bəzək əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri