Azərbaycanda minik avtomobil istehsalı 10 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 326 ədəd minik avtomobili istehsal olunub.

APA-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.

Bu ilin I rübündə ölkədə 101 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu ilin üç ayında Azərbaycanda 299 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur. Bu müddət ərzində ölkədə kotan istehsalı 15,7% azalaraq, 376 ədəd olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri