Azərbaycana idxal edilən avtomobillərin sayı 5% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 22 511 ədəd avtomobil idxal olunub.

APA-nin Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 132 ədəd və 5,3% çoxdur.
 
Ölkəyə gətirilən avtomobillərin 120 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 305 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri