Prezident sosial şəbəkə vasitəsilə tanıdığı şəxsi nazir təyin edib

Çeçenistan prezidenti Ramzan Kadırov ölkə hökümətinə yeni nazir təyin edib. Çeçenistan prezidenti Arbi Tamayev adlı bu şəxsi "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanıyıb. Trend-in məlumatına görə, bu barədə Çeçenistan prezidenti cümə günü "İnstagram"da rəsmi profil vasitəsilə məlumat yayıb.

Bundan başqa, prezident sosial şəbəkədə Çeçenistan hökümətinin rəhbəri Əbubəkir Edelqeriyev və Arbi Tamayevlə olan görüşündən də fotoşəkillərini paylaşıb.

"Arbi Tamayev mənim "İnstagram"çıları yığmaq xahişimə fəal reaksiya verdi, təşəbbüskarlıq və inadkarlıq göstərdi. İndi o, bu keyfiyyətlərini yeni vəzifədə - Çeçenistan Respublikasının vətəndaş təşkilatları ilə qarşılıqlı əlaqələrin təşkili naziri vəzifəsində göstərməli olacaq",- deyə Kadırov məlumatda qeyd edib.

O, həmçinin bildirib ki, izləyicilər yeni naziri @arbi_9595 niki ilə tanıyırlar.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri