Bakıda avtomobillərdən silsilə oğurluq etmiş şəxs tutulub

Bakıda avtomobillərdən silsilə oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakının Yasamal rayonunda vətəndaşlar Cəmilə Rəhmanovaya, Əlimurad Qədirova, Sayqa Məmmədovaya, Cəmilə Əfəndiyevaya, Məmməd İsmayılova, Anar Nəzirova və Emin Quliyeva məxsus avtomobillərdən pul, sənəd və məişət əşyaları oğurlayan şəxs tutulub.

Həmin şəxsin Ağdam rayon sakini Zamin Aslanov olduğu dəqiqləşib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri