Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3% bahalaşıb.

APA-nin məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9% bahalaşma müşahidə olunub.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5% ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3% ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri