ABŞ-da iki şərnişin qatarı toqquşub, 25 nəfər xəsarət alıb

ABŞ-ın Konnektikut ştatında iki şərnişin qatarı toqquşub və nəticədə 25 nəfər xəsarət alıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Nyu-Heyven şəhərindən Nyu-Yorka gedən qatar relsdən çıxaraq, digər qatara çırpılıb.


Məlumata görə, hadisə Ferfild ərazisində baş verib.

Hüquq-mühafizə orqanları hadisədə ölənlərin olmadığını deyib.

İnsidentlə bağlı araşdırmalar aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri