Bakının mərkəzində yeni yol çəkilir [Foto]

Bakının mərkəzində, Yasamal rayonunda yeni yol çəkilir.


Live.az-in ANS-ə istinadən verdiyi xəbərə görə verdiyi məlumata görə, Hüseyn Cavid prospekti ilə Nəriman Nərimanov küçəsi arasında salınacaq yolun inşası üçün artıq həmin ərazidə olan həyət evlərinin söküntüsünə başlanılıb.



Söküntü yerində çalışan fəhlələrdən və o ərazidə yaşayan sakinlərdən aldığı məlumata əsasən, hazırda sökülən evlər ev sahiblərinin razılığı ilə həyata keçirilir. Razılıq əldə edilməyən həyət evlərinin söküntüsü isə hələlik dayandırılıb. Fəhlələr deyir ki, yolun tikintisini sürətləndirmək üçün yəqin ki, həmin sakinlərin də razılığı alınacaq.


Xatırladaq ki, adı çəkilən ərazi Hüseyn Cavid parkının yanında yerləşir və bu yolun açılması Hüseyn Cavid və Parlament prospektlərinin nəqliyyat yükünü xeyli azaldacaq. Dövlət əhəmiyyətli tədbirlərdə bu yolların bağlı olduğunu nəzərə alsaq, yeni yolun çəkilişindən sonra sürücüllər rahat şəkildə Hüseyn Cavid parkının yanından Qutqaşınlı küçəsinə, ordan da Nəriman Nərimanovun heykəlinə doğru gedə biləcəklər.




Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Bakının mərkəzində yeni yol çəkilir [Foto]
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri