Bekhem futbolçu karyerasını bitirir

Bekhem futbolçu karyerasını bitirir Son olaraq Fransanın PSJ komandasında forma geyinən dünya şöhrətli futbolçu Devid Bekhem futbolu tərk edir. Bunu 38 yaşlı futbolçu özü açıqlayıb. O, futbolu mövsümün sonunda tərk edəcək.

Peşəkar futbol kariyerasına 1993-cü ildən "Mançester Yunayted" ilə başlayıb.

Karyerası ərzində " Mançester Yunayted", "Preston North End" , "Real Madrid", "Los Anceles Galalsi", "Milan" və PSJ formalarını geyinib.


"Mənə futbol həyatıma davam etmək üçün bir şans verən PSJ-yə təşəkkür edirəm. Amma artıq karyeramı bitirmək üçün ən yaxşı vaxtdır. Məni dəstəkləyən bütün tərəfdarlarıma təşəkkür edirəm", Bekhem açıqlamasında deyib:


1975-ci ilin may ayında anadan olub.Adı Devid Robert Josef Bekhemdir.

- İki dəfə FIFA-nın ilin futbolçusu adına layiq görülüb
- 2004-cü ildə dünyanın ən bahalı futbolçusu seçilib
- 2003 və 2004-cü illərdə "Google" də adı ən çox axtarılan şəxs olub
- 58 matçda - 2000-2006-cı illərdə 58 dəfə İngiltərə yığmasının kapitanlığını edib.
"Spice Girl" qrupunun keçmiş üzvi, model, müğənni Viktoriya Bekhem ilə ailə qurub. Cütlüyün 4 övladı - 3oğlu və 1 qızları var.
Şərhlər
İdman bölməsinin xəbərləri