Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsinin finalındadır

Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsinin finalındadır Azərbaycan İsveçin Malmö şəhərində “Malmö Arena”da bu gün baş tutan ikinci yarımfinal mərhələsindən finala vəsiqə qazanıb.


Bu gün 4-cü səhnəyə çıxan Fərid Məmmədov çox maraqlı və yaddaqalan çıxışı ilə o mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.


Azərbaycan təmsilçisini səhnədə özünə bənzəyən rəqqas və qırmızı geyimdə rəqqasə müşayiət edib.


__________________________________


01:06


Azərbaycan təmsilçisi Fərid Məmmədov İsveçin Malmö şəhərində "Malmö Arena"da "Eurovision 2013" mahnı müsabiqəsinin yarımfinalında uğurlu çıxış edib.


Bizim təmsilçimiz səhnədə yaddaqalan və peşəkar ifa nümayiş etdirib. Təmsilçimizin səhnədə çıxışı zaldakı tamaşaçılar tərəfindən böyük alqışıarla qarşılanıb.


Fərid Məmmədovu səhnədə özünə bənzər rəqqas və qırmızı geyimdə rəqqasə, eyni zamanda bek-vokaçılar müşayiət edib. Səhnəyə qoyulmuş şüşə, Fəridin plastikası şouya xüsusi rəng qatıb.


Azərbaycan favorit ölkələr arasındadır.


Qeyd edək ki, bu gün 17 ölkə yarımfinalda yarışır. Bu ölkələrdən 10-u finala vəsiqə qazanacaq ki, həmin təmsilçilər mayın 18-də qalibiyyət uğrunda mübarizə aparacaq.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri