Azərbaycan ərazisində yağış yağacaq, dolu düşəcək

Azərbaycan ərazisində yağış yağacaq, dolu düşəcək Bakı və Abşeron yarımadasında mayın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarında mayın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.



Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Bakı və Abşeron yarımadasında normadan bir qədər aşağı atmosfer təzyiqi fonunda və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, digər biometeoroloji amillərin norma daxilində tərəddüdü müsbət amildir.
Şərhlər
Sosial bölməsinin xəbərləri