"Çelsi" Avropa Liqasının qalibi oldu

"Çelsi" Avropa Liqasının qalibi oldu UEFA Avropa Liqasının 2012/2013-cü il mövsümünə yekun vurulub.


Final görüşündə Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" futbol klubları qarşılaşıblar.


Niderlandın "Amsterdam Arena" stadionunda keçirilən oyunun ilk hissəsində qol qeydə alınmayıb.


60-cı dəqiqədə Fernando Torres portuqaliyalıları məyus edib (0:1) 68-ci dəqiqədə Kardoso "Çelsi"nin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib (1:1). Matçın son dəqiqələrində isə ingilislər Bronislav İbaniviçin qolu ilə yenidən önə keçiblər (2:1).


Matçda başqa qol olmayıb və "Çelsi" UEFA Avropa Liqasının qalibi olub.


"Çelsi" bu qalibiyyətlə "Bavariya", "Ayaks" və "Yuventus"dan sonra 4-cü klub oldu, hansı ki Avropanın bütün yarışmalarında qalib gəlib.
Şərhlər
İdman bölməsinin xəbərləri