“Barselona” 10 futbolçunu transferə çıxarıb

“Barselona” 10 futbolçunu transferə çıxarıb "Barselona"nın idman direktoru Andoni Subisarreta Tito Vilanova başda olmaqla məşqçi qərargahının imtina etdiyi oyunçular barəsində klub rəhbərliyi üçün siyahı hazırlayıb.

Siyahıya hüçumçu David Vilya və müdafiəçi Erik Abidal daxil olmaqla 10 nəfərin adları düşüb. Hücumçu hələ qışda Kataloniyanı tərk etmək istəyirdi, lakin "Barselona" onu İngiltərəyə getməyə buraxmadı. Fransalı oyunçunun isə müqaviləsi bitir və ona yeni müaqvilə təklif edilməyəcək.

Siyahıya, həmçinin müdafiəçilər Adrianu, Mark Munesa və Andreu Fontas, yarımmüdafiəçilər Xonatan Dos Santos, Serxi Roberto və İbrahim Affelay, hücumçular Boyan Krkiç və İsaak Kuenka da daxildirlər. Ötən mövsüm icarə əsasında "Milan"da oynayan Boyan Krkiç böyük ehtimalla italyan klubu tərəfindən alınacaq, "Ayaks"da icarə əsasında oynayan Kuenka isə Hollandiyada qalmağı planlaşdırır.
Şərhlər
İdman bölməsinin xəbərləri