Yaxın 50 ildə Azərbaycanda zəlzələ ola biləcək zonaların adları açıqlanıb

Yaxın 50 ildə Azərbaycanda zəlzələ ola biləcək zonaların adları açıqlanıb Qarşıdakı 50 il ərzində Azərbaycanda seysmik baxımdan təhlükəli ola biləcək zonaların adları açıqlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində keçirilən tədbirdə Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov deyib.

Onun sözlərinə görə, seysmik təhlükəli zonalar sırasında ilk yerdə Şamaxı-İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub hissələri və Biləsuvar-Lənkəran zonasıdır.

Qədirov deyib ki, Azərbaycan ərazisində seysmik baxımdan 1, 2 və 3-cü dərəcəli təhlükəli zonalar 427-ci ildən 2012-ci ilə qədər olan zəlzələlər əsasında müəyyənləşib.

Onun sözlərinə görə, Gəncə, Şamaxı-İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal hissəsində 8, 9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri