“Eurovision 2013” müsabiqəsinin I yarımfinalın qalibləri məlum oldu

“Eurovision 2013” müsabiqəsinin I yarımfinalın qalibləri məlum oldu İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin I yarımfinal mərhələsi keçirilib.


Gecədə ilk öncə ötən il müsabiqənin qalibi olmuş Loreen uşaqlarla birgə ona qələbə qazandıran “Europhoria” mahnısını təqdim edib.


16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda ilk olaraq səhnəyə Astriya təmsilçisi Natalie Kelli çıxıb. Müsabiqədə ölkəsini “Shine” mahnısı ilə təmsil edən müğənninin performansında ifasının mövzusuna uyğun parlaqlıq nümayiş etdirib. Estoniyanın gənc müğənnisi Birgit, Sloveniyadan Hannah, Xorvatiyadan “Klapa s Mora” qrupu, Danimarka təmsilçisi Emmelie de Forest, rusiyalı Dina Qaripova, Ukraynadan Zlata Oqneviç, niderlandlı təmsilçi Anouk, Monteneqrodan “Who see” qrupu, Litvadan Andrius Pojavis, Belarusun Alyona Lanskaya, Moldovadan Aliona Moon, İrlandiyadan Ryan Dolan, Kiprdən Despina Olimpiou, belçikalı Bellarosa, serbiyalı “Moje 3” qrupu öz ifalarını Avropa xalqları qarşısında təqdim ediblər.


Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub.


Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə - Moldova, Litva, İrlandiya, Estoniya, Belorus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland finala vəsiqə qazanıb.


Müsabiqənin I yarımfinalı dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb.


Qeyd edək ki, müsabiqənin II yarımfinal mərhələsi mayın 16-da baş tutacaq. Azərbaycan təmsilçisi Fərid Məmmədov məhz növbəti yarımfinalda ölkəmizi təmsil edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53