“28 Cinema” və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə “Dahi Qetsbi” 3D filminin qapalı premyerası keçiriləcək

“28 Cinema” və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə “Dahi Qetsbi” 3D filminin qapalı premyerası keçiriləcək Film həvəskarları mayın 16-dan etibarən "28 Cinema" kinoteatrında dünyanın intizarla gözlədiyi "Dahi Qetsbi" filmini izləyə bilərlər. "28 Cinema" və "Nargis" jurnalının birgə təşkilatçılığı ilə filmin möhtəşəm təqdimat mərasimini keçiriləcək. Tədbirdə qonaqlara film nümayiş etdiriləcək, furşet təşkil olunacaq və sonda tədbir after-party ilə davam edəcəkdir. Giriş yalnız dəvətnamə ilədir.

Tədbirə ölkənin bir çox məhşur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər, təqdimat üçün salınacaq qırmızı xalça üzərinə dəvət olunublar. Çoxlu sayda peşəkar fotoqraflar isə bütün tədbir boyu məhşurları çəkəcəklər. Tədbir, həmçinin ölkənin aparıcı kütləvi informasiya vasitələri, media nümayəndələri tərəfindən işıqlandırılacaq.

Tədbirdə məhşur "Montblanc" brendindən saat, "Qarant Sığorta" şirkətindən brilyant qələm və "Versace" butiki tərəfindən müxtəlif hədiyyələr oynanılacaq. Tədbirin platinum sponsoru "Qarant Sığorta" şirkəti, qızıl sponsorları "Pasha Bank" və "Azeronline", təşkilatı dəstək ASPI Winery & Vineyards şirkətidir.

Film Frensis Skot Fidceraldın eyni adlı məhşur romanı əsasında ekranlaşdırılıb. Hadisələr həyatın sürətlə dəyişdiyi Nyu-Yorkda, XX əsrin 20-ci illərində cərəyan edir. Filmin baş qəhrəmanı heç kəsə məlum olmayan və sirli Qetsbidir. Bəziləri onun varlığına inanmır, bəziləri isə onun müharibə qəhrəmanı olduğunu deyirlər. Lakin bir həqiqət var ki, onu çox adam görüb, amma onun həmin Qetsbi olduğuna şübhələnməyiblər. Tezliklə Qetsbiyə gözəl qadın vurulur və o anlayır ki, bu qadınsız yaşaya bilməz. Lakin onunla birgə olmaq üçün Qetsbi çox şey etməlidir.

Qeyd edək ki, filmin təqdimat mərasimi mayın 16-sı saat 19:00-da "28 Cinema" kinoteatrında keçiriləcək.

Xatırladaq ki, "Nargis" jurnalı ölkə və ölkədən kənar moda və incəsənətə tam yeni baxışın bələdçidir. Jurnal 368 səhifə həcmində və rüblük olaraq nəşr olunur. Jurnal oxuculara moda aləminin ən son tendensiyaları, mövsüm yenilikləri, afişa, məqalə və incəsənət xəbərləri təqdim edir.

"28 Cinema" Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57